Avtomobilində mahnı oxuduğuna görə cərimələndi: "Bilmirəm səsim pisdir, yoxsa ..." FOTO


Dünya 24 Okt 2017 11:34:00 318 0

Avtomobilində mahnı oxuduğuna görə cərimələndi: "Bilmirəm səsim pisdir, yoxsa ..."  FOTO

Avtomobil ilə yol gedərkən mahnı oxumaq baş qarışdırmaq və vaxt keçirmək üçün ən gözəl üsuldur

Avtomobil ilə yol gedərkən mahnı oxumaq baş qarışdırmaq və vaxt keçirmək üçün ən gözəl üsuldur. Lakin aşağıda adı çəkilən şəxs avtomobilində mahnı oxuduğuna görə 149 dollar cərimələnib.

Son.az Britaniya mediasına istinadla bildirir ki, Kanadanın Montreal limanının yaxınlığında yaşayan Taoufik Moalla şəxsi avtomobilində "Gonna Make You Sweat" (Everybody Dance Now) mahnısını oxuduğuna görə 149 dollar məbləğində cərimələnib.

Taoufik başına gələnləri mətbuata danışıb:

"Mahnı oxuyanda polislər avtomobilimi dayandırmağı işarə etdilər. 4 polis avtomobilimə yaxınlaşdı. Onlar özlərini təqdim edib, avtomobilin içinə baxdılar, yoxlanışdan sonra sənədlərimi tələb etdilər. Sənədlərimi də yoxladıqdan sonra məndən niyə qışqırdığımı soruşdular, mən isə mahnı oxuduğumu dedim. Onlar məni ictimai yerdə qışqırdığıma görə 149 dollar cərimələdilər.


Xəbərə aid foto