Türkiyə 6 sualtı qayıq inşa edəcək


Dünya 24 Okt 2017 11:18:00 271 0

Türkiyə 6 sualtı qayıq inşa edəcək

Türkiyənin müdafiə sistemini gücləndirmək məqsədilə 6 sualtı qayığın tikintisi planlaşdırılıb.

Son.az xəbər verir ki, bu barədə Trend Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Layihə ilkin olaraq 2,7 milyard dollar dəyərləndirilir.

Sualtı qayıqların İzmir vilayətində, Gölcük tərsanəsində inşa olunacağı bildirilir.