Özbəkistan prezidenti son 20 ildə ilk dəfə Türkiyəyə səfər edəcək


Dünya 24 Okt 2017 09:34:21 244 0

Özbəkistan prezidenti son 20 ildə ilk dəfə Türkiyəyə səfər edəcək

Görüşlərdən sonra iki ölkə arasında sənədlərin imzalanması mərasimi olacaq

Özbəkistan prezidenti son 20 ildə ilk dəfə Türkiyəyə səfər edəcək.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, oktyabrın 25-də Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevin Ankaraya səfəri başlayacaq. 

O, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirəcək. Görüşlərdə iki ölkə arasında əlaqələrin genişləndirilməsi məsələsi müzakirə olunacaq. Danışıqların sonunda Türkiyə ilə Özbəkistan arasında sənədlər imzalanacaq. 

Ş.Mirziyoyevin səfəri oktyabrın 27-də başa çatacaq.