Şimali Koreyaya qarşı daha bir sanksiya


Dünya 24 Okt 2017 08:53:00 273 0

Şimali Koreyaya qarşı daha bir sanksiya

BMT Təhlükəsizlik Şurasının sanksiyalar komitəsi Şimali Koreyaya gətirilməsi və verilməsi qadağan olunmuş materialların siyahısını genişləndirib.

Son.az Trend-ə istinadən bildirir ki, siyahıya kütləvi qırğın silahları ilə bağlı əşyalar, materiallar, avadanlıqlar, mallar və texnologiyalar daxil edilib.

Məlumata əsasən, sənəd BMT TŞ tərəfindən hazırlanıb və verilib, eləcə də BMT sənədlər sistemində yayılıb.