Ermənistanda rusiyalı əsgər xidmət yoldaşını öldürüb,


Dünya 24 Okt 2017 08:28:00 310 0

Ermənistanda rusiyalı əsgər xidmət yoldaşını öldürüb,

Ermənistanda hərbi poliqonda Rusiya Silahlı Qüvvələrinin əsgəri xidmət yoldaşını öldürüb, sonra intihar edib.

Son.az Trend-ə istinadən bildirir ki, müddətdən artıq xidmətdə olan hərbi qulluqçu odlu silahdan təsadüfən atəş açaraq xidmət yoldaşını öldürüb. Bundan sonra o qorxub və intihar edib.

Məlumata əsasən, insidenti aydınlaşdırmaq üçün hadisə yerində Cənub Hərbi Dairəsinin komissiyası işləyir.