Malayziyada iki avtobus toqquşub, 8 ölü, 33 yaralı var - VİDEO


Dünya 24 Okt 2017 07:27:08 265 0

Malayziyada iki avtobus toqquşub, 8 ölü, 33 yaralı var - VİDEO

Qəza ölkənin cənub-qərbində qeydə alınıb

Malayziyada iki sərnişin avtobusunun toqquşması nəticəsində azı 8 nəfər ölüb, həmçinin 33 nəfər yaralanıb.

"Report" "New Straits Times" nəşrinə istinadən xəbər verir ki, qəza ölkənin cənub-qərbində qeydə alınıb.

Seberanq Pray rayon polisinin məlumatına görə, Nepal və indoneziyalı fəhlələri daşıyan avtobus nasazlıq səbəbindən yolda dayanıb. Daha sonra içərisində 15 nəfərin olduğu digər avtobus ona çırpılıb.