Yaponiyada qasırğa nəticəsində 7 nəfər ölüb, 90-ı yaralanıb
Dünya 24 Okt 2017 06:59:41 229 0
Təbii fəlakət əsasən Sidzuoka prefekturasında fəsad törədib
Yaponiyanın mərkəzində tüğyan edən "Lan" qasırğası nəticəsində 7 nəfər ölüb, daha 90 nəfər yaralanıb.
“Report” "Sinxua"ya istinadən xəbər verir ki, təbii fəlakət əsasən Sidzuoka prefekturasında fəsad törədib.
Qasırğa daha sonra Kanto regionundan Yaponiyanın şərq hissəsinə istiqamət alıb.
Mənbə: report.az