Suriyada ABŞ-ın bombardımanı nəticəsində 14 dinc sakin ölüb


Dünya 24 Okt 2017 03:41:22 316 0

Suriyada ABŞ-ın bombardımanı nəticəsində 14 dinc sakin ölüb

Aviazərbə Deyr-əz-Zor şəhərinə endirilib

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyanın Deyr-əz-Zor şəhərinə endirdiyi hava zərbələri nəticəsində az 14 dinc sakin həyatını itirib, daha 32 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Suriyanın dövlət televiziyasına istinadən "Reuters" məlumat yayıb.

Bombardımana hökumət qüvvələrinin nəzarəti altında olan Əl-Qusur məhəlləsi məruz qalıb.

Londonda yerləşən "İnsan haqlarına riayət olunması üzrə Suriya Monitorinq Mərkəzi" qeyri-hökumət təşkilatı öz növbəsində, Deyr-əz-Zorun bombalanması nəticəsində 22 nəfərin öldüyünü xəbər verib.