UTX Poroşenkoya qarşı sui-qəsdin qarşısının alınması barədə xəbəri təkzib edib


Dünya 23 Okt 2017 22:48:00 398 0

UTX Poroşenkoya qarşı sui-qəsdin qarşısının alınması barədə xəbəri təkzib edib

"Bu yalan məlumatdır"

Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) oktyabrın 22-də Donetsk vilayətinin Avdeyevka şəhərinə səfər zamanı Ukrayna prezidenti Pyotr Poroşenkoya qarşı hazırlanan sui-qəsdin qarşısının alınmasına dair mətbuatda yayılan məlumatları təkzib edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu UTX-nin mətbuat katibi Yelena Qitlyanskaya bildirib.

"Bu yalan məlumatdır", - deyə o bildirib.

Pyotr Poroşenko oktyabrın 22-də Avdeyevkaya səfər edib və Donbassda güc strukturu orqanlarının üzvləri ilə hazırkı vəziyyətlə bağlı müzakirə aparıb.

Bundan əvvəl UTX-nin sui-qəsd hazırlayan qrupu zərərsizləşdirdiyi, xüsusi əməliyyat zamanı iki nəfərin öldürüldüyü, həmçinin saxlanılan şəxslərdən bir ədəd "Steyr-Manlicher" markalı snayper tüfəngi, bir ədəd "Makarov" tapançası, reaktiv tank əleyhinə qumbaralar və əl qumbaraları götürüldüyü məlumat verilmişdi.