Çeçenistanda "Rosqvardiya"çı 4 xidməti yoldaşını güllələyib


Dünya 23 Okt 2017 20:48:40 317 0

Çeçenistanda "Rosqvardiya"çı 4 xidməti yoldaşını güllələyib

Fakt üzrə xidməti yoxlanış təyin edilib

Çeçenistanda Rusiya Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin (Rosqvardiya) əməkdaşı dörd həmkarını güllələyib. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, onun baş leytenant olduğu və kazarmada odlu silahdan atəş açaraq hərbçi yoldaşlarını ölümcül yaraladığı bildirilir. 

Onun xidməti bölüm tərəfindən zərərsizləşdirildiyi qeyd olunub.

Fakt üzrə xidməti yoxlanış təyin edilib.