Özbəkistan prezidenti oktyabrın 25-də Türkiyəyə rəsmi səfər edəcək


Dünya 23 Okt 2017 20:37:00 264 0

Özbəkistan prezidenti oktyabrın 25-də Türkiyəyə rəsmi səfər edəcək

Görüşlərdə Türkiyə-Özbəkistan əlaqələrinin daha da inkişaf etdirilməsi, regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq

Özbəkistan prezidenti Şavkat Mirziyayev oktyabrın 25-27-də Türkiyəyə rəsmi səfər edəcək. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 20 illik fasilədən sonra baş tutacaq. 

Məlumata görə, oktyabrın 25-də hər iki ölkənin prezidentinin təkbətək və geniş tərkibdə görüşü keçiriləcək, daha sonra sənədlərin imzalanması mərasimi olacaq, ali qonağın şərəfinə şam ziyafəti veriləcək. 

Ş.Mirziyayevin Türkiyə parlamentini (TBMM) ziyarət etməsi və spiker İsmail Kahramanla görüşü də planlaşdırılır.

Görüşlərdə Türkiyə-Özbəkistan əlaqələrinin daha da inkişaf etdirilməsi, regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.