""Qarabağ"la oyundakı səhvləri təkrarladıq" Qodin


Dünya 23 Okt 2017 19:54:00 241 0

""Qarabağ"la oyundakı səhvləri təkrarladıq"  Qodin

"Klub tarixində yeni səhifə açmaq mənim üçün çox önəmlidi. Amma istəyirəm ki, azarkeşlər məni təkcə rəqəmlərlə yox, komandaya verdiyim xeyirlə xatırlasınlar".

Son.az apasport.az-a istinadən xəbər verir ki,bunu "Atletiko"nun müdafiəçisi Dieqo Qodin deyib.   Çempionlar Liqası çərçivəsində ötən həftə Bakıda "Qarabağ"la qolsuz bərabərə qalan Madrid klubu İspaniya La Liqasının IX turunda səfərdə "Selta" üzərində 1:0 hesablı qələbə qazanıb. Bu qarşılaşmada "Atletiko"nun heyətində 314-cü oyununu keçirən Qodin klubun formasını ən çox geyinən oyunçu kimi tarixə düşüb.   Uruqvaylı müdafiəçi qalibiyyətə baxmayaraq, yaxşı oynamadıqlarını söyləyib: "Başa düşürdük ki, mütləq qələbə qazanmalıyıq. Əla komandaya qarşı ağır meydanda qarşılaşdıq. Bu üzdən topa nəzarət edə bilmirdik, ardıcıl ötürmələrdə çətinlik çəkirdik. Hədəflədiyimiz qolu birinci hissədə vurduqdan sonra rəqib bizi müdafiə olunmağa məcbur etdi. Oyun elə də gözəl keçmədi, onlar çox çalışdılar. "Qarabağ"la qarşılaşmada əlimizə düşən şanslardan yararlana bilməmişdik. Bu gün də həmin vəziyyət təkrarlandı, eyni səhvləri təkrarladıq. Ancaq əsas odu ki, bizə sərf edən qələbəni qazanmağı bacardıq".   Qeyd edək ki, "Atletiko" 9 turdan sonra aktivindəki 19 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.