Belçikada sikkə buraxılışı dayandırılıb


Dünya 23 Okt 2017 19:37:00 390 0

Belçikada sikkə buraxılışı dayandırılıb

Belçika Kral Zərbxanasının 43 əməkdaşı başqa işlə təmin olunacaqlar

Bu gündən etibarən Belçikada sikkə buraxılışı dayandırılıb. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Belçika federal hökuməti dövlət büdcəsinə qənaət tədbirləri çərçivəsində belə bir addım atdığını açıqlayıb. 

Məlumata görə, Belçika Kral Zərbxanasının 43 əməkdaşı Maliyyə Nazirliyinin müxtəlif qurumlarına yerləşdirilməklə işlə təmin olunacaqlar. 

Qeyd edək ki, Belçika Kral Zərbxanası 1832-ci ildən ölkə ərazisində istifadə olunan pul vahidlərinin buraxılışı ilə məşğul olub. Ancaq Belçikada yerli pul vahidi frankın Avropa İttifaqı ölkələrinin vahid əskinası olan avro ilə əvəzlənməsindən sonra yalnız sikkələr buraxırdı.