İraqın baş naziri Türkiyəyə səfər edəcək


Dünya 23 Okt 2017 17:48:10 230 0

İraqın baş naziri Türkiyəyə səfər edəcək

Heydər əl-İbadi bölgədəki vəziyyəti və ikitərəfli münasibətlərin inkişafına dair məsələləri müzakirə edəcək

İraqın baş naziri Heydər əl-İbadi oktyabrın 25-də Türkiyəyə səfər edəcək.

“Report” xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.

İnformasiyaya əsasən, o, Türkiyə rəsmiləri ilə görüşəcək, bölgədəki vəziyyəti və ikitərəfli münasibətlərin inkişafına dair məsələləri müzakirə edəcək.