ABŞ dövlət katibi Əfqanıstanda elan edilməmiş səfərdədir


Dünya 23 Okt 2017 17:32:41 294 0

ABŞ dövlət katibi Əfqanıstanda elan edilməmiş səfərdədir

Səfər zamanı Tillerson Kabildə Əfqanıstan prezidenti Əşrəf Qəni ilə görüş keçirib

ABŞ-ın dövlət katibi Reks Tillerson Əfqanıstanın paytaxtı Kabilə elan edilməmiş səfərə yollanıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstandakı səfirliyindən bildiriblər.

Səfər zamanı R.Tillerson Kabildə Əfqanıstan prezidenti Əşrəf Qəni və baş nazir Abdulla Abdulla ilə görüşlər keçirib. Görüşlərdə tərəflər sülh, sabitlik və Əfqanıstan uzunmüddətli tərəqqisinə dair qarşılıqlı istəklərini bir daha təsdiq ediblər.

Dövlət katibi ABŞ-ın Cənubi Asiya üzrə yeni strategiyasının Əfqanıstanda sülhə nail olmaq və bu sülhə mane olmağa çalışan terrorçularn planlarını pozmaq üçün Vaşinqton ilə Kabil, eləcə də regiondakı digər tərəfdaşlar arasında sıx əməkdaşlığı nəzərdə tutduğunu qeyd edib.