Tillerson qəfil Əfqanıstana getdi


Dünya 23 Okt 2017 17:33:00 300 0

Tillerson qəfil Əfqanıstana getdi

ABŞ-ın dövlət katibi Reks Tillerson Əfqanıstana elan olunmamış səfər edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstandakı səfirliyi məlumat verib.

R.Tillerson paytaxt Kabildə Əfqanıstan prezidenti Əşrəf Qəni ilə görüşüb.

Məlumata görə, görüş zamanı Əfqanıstanda təhlükəsizlik məsələləri və bununla bağlı ikitərəfli əməkdaşlıq müzakirə olunub.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində