Tələbə cütlük hamamda intihar etdi: yazdıqları son mesaj həyatlarını xilas etdi VİDEO FOTO


Dünya 23 Okt 2017 17:08:00 324 0

Tələbə cütlük hamamda intihar etdi: yazdıqları son mesaj həyatlarını xilas etdi  VİDEO  FOTO

Adanada tələbə cütlük hamamda xeyli həb qəbul edərək ölmək istəyib. 

Son.az Milliyet-ə istinadən xəbər verir ki, gənclər ailələrinə mesaj yazınca ölməkdən son anda xilas ediliblər.

Məlumata görə, olay Çukurova qəsəbəsindəki binalardan birinin birinci mərtəbəsində səhər saat 07:30 radələrində qeydə alınıb. Çukurova Üniversiteti Memarlıq-Mühəndislik fakültəsində təhsil alan Batuhan V. (19) və Aslıhan Ö. (19) bir-birini sevib. Beyazevler Məhəlləsində ev icarəyə götürən tələbələr orada qalmağa başlayıblar. Ancaq bundan xəbərdar olan valideynlər onların münasibətinə qarşı çıxıblar. Bir-birini çox sevən gənclər də bu qərardan qəzəblənərək intihar etəyə qərar verib. Aslıhan Ö. "Mən bu həyatdan Batuya aşiq olaraq gedirəm". Batuhan V. isə "Məni bağışlayın, biz pis deyilik" qeydini yazıb. Bundan əlavə cütlük ailələrinə də intihar etdikləri ilə bağlı mesaj yazıb, hamamda bir neçə qutu həb içib. Mesajı görən ailələr dərhal Adanadakı yaxınlarına xəbər veriblər. Olay yerinə gələn ailə yaxınları qapını aça bilməyib. Qapını qırıb, içəri girən şəxslər iki sevgilinin də hamamda hərəkətsiz halda uzandığını görərək polisə zəng edib: "Hamamda iki cəsəd var" deyərək xəbər veriblər. Hadisə yerinə gələn polislər təcili yardım çağırıblar. Həkimlərin ilkin müdaxiləsindən sonra Aslıhan Ö. xəstəxanaya çatdırılıb. O: "Məni aparmayın, qoyun qalım burada" deyərək ağlayıb. Hər ikisi təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıb. Həyati təhlükələri qalan gənclər nəzarət altına götürülüb. Polis olayla bağlı araşdırma aparır.

Məhəmməd Vaqif


Xəbərə aid fotolar