"Exo Moskva" radiostansiyasının aparıcısına hücum edən şəxsin kimliyi məlum olub


Dünya 23 Okt 2017 16:47:00 339 0

"Exo Moskva" radiostansiyasının aparıcısına hücum edən şəxsin kimliyi məlum olub

Bu, 48 yaşlı İsrail vətəndaşı Boris Qritsdir

"Exo Moskva" radiostansiyasının redaksiyasında jurnalist Tatyana Felqenhauerə qarşı hücumdan sonra adam öldürməyə cəhdlə bağlı cinayət işi açılıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hücum edən 48 yaşlı İsrail vətəndaşı Boris Qrits olub.

Radiostansiyanın baş redaktoru Aleksey Venediktov yaralı jurnalistin hazırda əməliyyat masasında olduğunu, həyati təhlükəsinin olmadığını bildirib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 23-də naməlum şəxs mühafizəçinin üzünə bibər qazı sıxaraq "Exo Moskva" radiostansiyasının binasına daxil olub. Ardından o, liftlə redaksiyaya qalxıb və aparıcı Tatyana Felqenhaueri boğazından yaralayıb.