Bakıda qonşular arasında bıçaqlanma hadisəsi baş verib


Kriminal 23 Okt 2017 08:46:00 263 0

Bakıda qonşular arasında bıçaqlanma hadisəsi baş verib

Bakının Sabunçu rayonunda qonşu qonşusunu bıçaqlayıb.

Son.az report.az-a istinadən bildirir ki, Pirşağı qəsəbəsinin Pioner düşərgəsi kimi tanınan ərazisində yaşayan 1986-ci il təvəllüdlü Təhməzov Mehrab Əhliyyət oğlu qonşuluğunda yaşayan şəxslə mübahisə edib.

Bu zaman M.Təhməzov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.