İstanbuldan Bakıya gələn şəxsin baqajından soyuq silah tapıldı


Kriminal 21 Okt 2017 13:03:00 400 0

İstanbuldan Bakıya gələn şəxsin baqajından soyuq silah tapıldı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşına məxsus baqaja rentgen aparatı ilə baxış zamanı monitorda "beşbarmağ"ın təsvirləri görünüb.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, bu səbəbdən baqaj təkrar yoxlanılıb. Nəticədə, baqajın içərisindəki şəxsi əşyaların arasında 2 ədəd "beşbarmaq" aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.