Satıcı işlədiyi mağazadan 30 min manatlıq oğurluq edib


Kriminal 20 Okt 2017 13:22:00 396 0

Satıcı işlədiyi mağazadan 30 min manatlıq oğurluq edib

Qaradağ rayonu ərazisindəki ticarət mərkəzlərindən birində çalışan Ramiz Həsənov icarədarı olduğu mağazadan oğuruq olması barədə 10-cu Polis Bölməsinə müraciət edib.

DİN-dən Son.az-a verilən məlumata görə, o, ərizəsində hesabat apararkən 2014-cü ildən cari il oktyabrın 18-dək olan müddətdə mağazadan ümumilkdə 30000 manat dəyərində məişət əşyalarının çatışmadığını bildirib.

Polis əməkdaşlarında oğurluğun mağazada işləyən satıcı tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından, sonuncu saxlanılaraq Polis Bölməsinə gətirilib.

Araşdırmalarla onun Mingəçevir şəhər sakini Adil Müzəffərov olduğu məlum olub. Satıcı təqribən 3 il ərzində həmin mağazadan dəmir və misdən hazırlanmış məişət əşyalarını oğurlayıb sataraq pulunu mənimsədiyini etiraf edib.