Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş gecə keçiriləcək


Kriminal 19 Okt 2017 18:24:00 487 0

Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş gecə keçiriləcək

Azərbaycan Televiziyası "Mədəniyyət" Kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi, Azərbaycan Respublikası Mədədniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli şair Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş gecə keçiriləcək.

Son.az xəbər verir ki, konsert oktyabr ayının 24-ü saat 19:00 da Beynəlxaq Muğam Mərkəzində baş tutacaq.

Konsertdə Ehtiram Hüseynov, Abgül Mirzəliyev, Məmməd Nəcəfov, Babək Quliyev, Xətai Hacıyev, Zeynal Əhmədov və Pərviz Qasımov "Aypara" instrumental ansamblının müşayiəti ilə Molla Pənah Vaqifin qəzəllərində ibarət muğamları səsləndirəcəklər.