Göyçay sakini Ukraynada öldürüldü


Kriminal 19 Okt 2017 12:07:00 381 0

Göyçay sakini Ukraynada öldürüldü

Ukraynada yaşayan Göyçay rayon sakini qətlə yetirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, ölən şəxs Göyçayın Çaxırlı kənd sakini 1986-cı il təvəllüdlü Məmmədov İlqar Tahir oğludur. O, bir neçə il əvvəl işləmək üçün Ukraynaya gedib, orada kiçik bizneslə məşğul olub. Bir neçə gün əvvəl Kiyevdə yerli sakinlər tərəfindən döyülən T.Məmmədov aldığı xəsarətlərdən ölüb. İ.Məmmədovun öldürülməsinin səbəbi hələlik məlum deyil.   Onun cənazəsi Göyçaya gətirilərək dəfn edilib.   Yerli hüquq-mühafizə orqanları faktı araşdırır.