Azərbaycanlı qadının türk ərini öldürən çoban:


Kriminal 18 Okt 2017 17:06:00 387 0

Azərbaycanlı qadının türk ərini öldürən çoban:

Türkiyənin Kayseri şəhərində 42 yaşlı fermeri 36 yerindən bıçaqlayaraq öldürən 17 yaşlı əfqan çoban N.A.-nın məhkəmə prosesi keçirilib.

Son.az Haberler-ə istinadən xəbər verir ki, qətl 25 mart tarixində törədilib.

Həbs edilən N.A. törətdiyi qətli soyuqqanlılıqla danışıb:

"Pınarbaşı qəsəbəsinə gəldiyimdə Rufan Demirci məni çoban olaraq işə götürdü. 7 gün yanında çobanlıq etdiyim Rufan Demirci bir gecə məni yuxudan qaldıraraq zorladı. Pulum olmadığı və heç kimi tanımadığım üçün polisə gedərək şikayət edə bilmədim. Olay günü qoyunları otlağa aparandan sonra axura döndüyümdə "Qoyunlardan biri əksik, səni öldürəcəm" dedi. Mən də bundan sonra qorxdum və işləməyəcəyimi dedim. Bıçaqla mənə təcavüz etməyə çalışdı. Əlindəki bıçağı aldım və dəfələrlə onu vurdum. Azadlığa buraxılmaq istəyirəm".

Öldürülən şəxsin 20 illik həyat yoldaşı olan Azərbaycan vətəndaşı isə ifadəsində, olayı görmədiyini deyib. Qadın şübhəlinin cinayətdən 7 gün öncə çoban olaraq işə düzəldiyin deyib:

"Evin arxasındakı çoban otağında qalırdı. Ərimlə heç vaxt mübahisə, dava etmədilər. Türkcə bilmədiyi üçün çox da ünsiyyət qura bilmirdilər. Evimizdə ona öz uşağımız kimi baxdıq. Məhkəmədə söylədiyi təcavüz iddiası yalandır. Ən ağır şəkildə cəzalandırılmasını istəyirəm".