Beynəlxalq Muğam Mərkəzində dünyaca məşhur bəstəkarların musiqiləri səsləndi FOTO


Kriminal 18 Okt 2017 13:40:00 424 0

Beynəlxalq Muğam Mərkəzində dünyaca məşhur bəstəkarların musiqiləri səsləndi  FOTO

Beynəlxalq Muğam Mərkəzində oktyabrın 16-da  İtaliya və İsveçrənin Azərbaycandakı səfirliklərinin dəstəyi və Azərbaycan-İtaliya Assosiasiyasının təşkilatçılığı ilə  "İtalyan dili həftəsi"nin açılış mərasimi keçirildi.

Son.az xəbər verir ki, tədbirdə ilk olaraq İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari çıxış edərək,  "Dünya italyan dili həftəsi"ndə zəngin italyan musiqisi, ədəbiyyatı və incəsənətinin Azərbaycan ictimaiyyətinə təqdim olunacağını qeyd etdi. Bu tədbir 2001-ci ildən etibarən  hər il İtaliya Xarici İşlər Nazirliyinin dəstəyi ilə təşkil olunur və oktyabr ayının  3- cü həftəsində " Dünya İtalyan dili həftəsi" keçirilir.

Bu müddət ərzində ayrı-ayrı ölkələrdə İtaliyanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, diplomatlarının iştirakı ilə silsilə tədbirlər keçirilir, İtalyan mədəniyyətinin bəşəriyyətə bəxş etdiyi yüksək dəyərlərdən söhbət açılır. Qeyd edild ki,italyan dili dünyada ingilis, ispan və çin dilindən sonra öyrənilən  4-cü vacib dil hesab olunur.

Bakıda oktyabrın  16-dan  23-dək keçiriləcək həftə çərçivəsində İtaliyanın məşhur rejissor və ssenaristi Francesko Bruninin ustad dərsləri və italyan filmləri nümayiş ediləcəkdir.Konsertlər "35 millimetr kino lenti və musiqi" adı altında keçirilir.

Rəsmi hissədən sonrakı konsertdə Oskar mükafatı almış  "La Vita e bella", "La Strada", "Amici Miei", "Nuovo Cinema Paradiso", "Mediterraneo", "Un  maledetto imbroglio", "Giu la of Sergio Leone"  kino filmlərdən fraqmentlər tamaşaçılara təqdim olundu.


Xəbərə aid fotolar