Moskvada Azərbaycan vətəndaşına beş bıçaq zərbəsi vurulub


Kriminal 18 Okt 2017 08:15:00 356 0

Moskvada Azərbaycan vətəndaşına beş bıçaq zərbəsi vurulub

Moskvada Azərbaycan vətəndaşı bıçaqlanıb.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.

Hadisə ötən gün günorta saatlarında İvan Susanin küçəsində qeydə alınıb. 34 yaşlı azərbaycanlı sinəsindən və sol bud nahiyəsindən azı 5 bıçaq zərbəsi alıb. Yaralı əməliyyat olunub.