2 dostun qız üstündə atdığı QORXUNC ADDIM: paltarını çıxarıb əl və ayaqlarını bağladılar, sonra... BAKIDA


Kriminal 18 Okt 2017 07:48:00 399 0

2 dostun qız üstündə atdığı QORXUNC ADDIM: paltarını çıxarıb əl və ayaqlarını bağladılar, sonra...  BAKIDA

Quldurluqda ittiham olunan Sumqayıt şəhər sakinləri - 1992-ci il təvəllüdlü İsmayıl Məmmədov və 1991-ci il təvəllüdlü Tamerlan İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, İsmayıl Məmmədov və Tamerlan İbrahimov 19 iyul 2015-ci ildə, gecə saat 03.00-da Bakı-Quba yolunun 28-ci kilo metrliyində şosenin Bakı istiqamətinə olan sağ kənarında yerləşən "Kral" kafesinə gəliblər. İsmayıl Məmmədov orada tanış olduqları Ağamir Əsgərovun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək yumruqla başının arxasından vuraraq yerə yıxıb.

Bundan sonra onu Tamerlan İbrahimovla birlikdə sürüyərək yaxınlıqda yerləşən parkdakı ağacların arasına aparıblar. Orada hər ikisi Ağamir Əsgərovu yumruq və təpiklə vuraraq ona xəsarət yetiriblər.

Daha sonra onlar Ağamir Əsgərovun əynində olan 5 manat dəyərində qolsuz köynəyini cıraraq çıxardıblar. Sonra İsmayıl Məmmədov köynəyin hissələri ilə Ağamir Əsgərovun əllərini, Tamerlan İbrahimov isə onun ayaqlarını bağlayaraq, cibindən 890 manat pulu, bir ədəd 80 manat dəyərində Vyetnamda istehsal edilən "Samsung Galaxy" markalı mobil telefonu, ayaqlarından 17 manat dəyərində olan ayaqqabılarını götürüblər.

İsmayıl Məmmədov həmin telefonu və götürdüyü puldan 80 manatı Tamerlan İbrahimova verib. Zərərçəkən Ağamir Əsgərova 992 manat ziyan vurmaqla quldurluq etdikdən sonra İsmayıl Məmmədov və Tamerlan İbrahimov hadisə yerindən uzaqlaşıblar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq) maddəsi ilə ittiham ediliblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məmmədov İsmayıl və Tamerlan İbrahimovun hər biri 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar əməllərini Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinə tövsif edilməsini istəyiblər. Onların şikayətləri araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

"Qız üstündə mübahisəmiz düşdü"

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş İsmayıl Məmmədov bildirib ki, 19 iyul 2015-ci il tarixdə, saat 01-də tanışı Tamerlan İbrahimovla əylənmək üçün "Kral" kafesinə gəlib və ayrıca stolda oturub: "Orada çaxır və meyvə sifariş verərək yeyib-içməyə başladıq. Həmin vaxt yanaşı stolda adını sonradan bildiyim Ağamir adlı şəxs tək oturmuşdu. Sərxoş vəziyyətdə olan Ağamiri öz stollumuza dəvət etdik. Ağamir dəvətimizi qəbul edərək bizim olduğumuz stola gəldi. Bundan sonra birlikdə çaxır içməyə başladıq və bir boşqab meyvə sifariş verdik.

İsmayıl Məmmədovun sözlərinə görə, saat təxminən 03-də Tamerlan ayaq yolunda olan zaman Ağamirlə arasında qız üstündə mübahisə düşüb: "Biz mübahisəmiz çöldə davam etdirmək üçün kafedən çıxdıq və Bakı-Quba yolu istiqamətində addımladıq. Bakı istiqamətinə olan yolun sağ kənarındakı səkidə əlbəyaxa olduq. Əlbəyaxa olduğumuz vaxt bir-birimizi yumruq və təpiklə vurduq. Həmin vaxt Ağamirin köynəyi cırıldı, ayaqqabıları ayağından çıxdı".

"Dalaşdığım üçün peşman olmuşam"

İsmayıl Məmmədov bildirib ki, fiziki cəhətdən Ağamirdən daha güclü olub: "Bunu üçün Ağamir məni zərbələrimə tab gətirə bilməyərək huşunu itirərək yerə yıxıldı. Həmin vaxt Tamerlan zəng edərək harada olduğumu soruşdu. Tamerlana Ağamirlə mübahisəm olduğu üçün çölə çıxdığımızı bildirdim. Sonra onu yanıma çağırdım. Tamerlan gələrkən Ağamir huşsuz vəziyyətdə yerdə uzandı. Onun pulu və mobil telefonu isə yerə düşmüşdü. Ağamirin özünə gəldikdən sonra əl-üzünü yumaq üçün kafeyə qayıdacağını düşündüyümüz i üçün onun pulunu və mobil telefonunu kafenin mühafizəçisinə vermək məqsədilə yerdən götürdük, cırıq vəziyyətdə olan köynəyini isə onun üstünə ataraq kafeyə qayıtdıq".

Təqsirləndirilən şəxs bildirib ki, kafenin mühafizəçisinə müraciət edərək Ağamirin pulunu və mobil telefonunu ona veriblər: "Ağamir qayıtdıqda onun özünə qaytarmasını xahiş etdik. Eləcə də Ağamirin məni tapa bilməsi üçün özümə məxsus fiziki şəxsin sahibkarlıq uçotu haqqında VÖEN şəhadətnaməsini mühafizəçiyə verdim. Bundan sonra oturduğumuz stolun üstündə qalmış çaxırı və meyvəni qurtarmaq üçün yenidən öz masamızda oturduq, yeyib-içməyə başladıq. Bir qədər oturduqdan sonra Tamerlan işinin olduğunu deyərək çıxıb getdi. Ağamirlə dalaşdığım üçün peşman olmuşam və ona kömək etmək məqsədilə dalaşdığımız yerə gəlmişəm. Lakin həmin vaxt Ağamir orada olmayıb. Bundan sonra evə getmişəm".

"Ağamirə "özümüz səni yola salarıq" dedim"

İbtidai istintaqa ifadə verən İsmayıl Məmmədov hadisəni fərqli olaraq danışıb. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, iyulun 19-da, saat 01-də dostu Tamerlan İbrahimovla birlikdə "Kral" kafesinə gələrək ayrıca stolda oturub: "Hər birimiz 2,5 litr olmaqla iki butulka çaxır və bir boşqab meyvə sifariş vermişik. Həmin vaxt yanaşı stolda adını sonradan bildiyim Ağamir adlı şəxs tək oturmuşdu. Ağamir bizdən siqaret istədi. Mən də ona iki dəfə siqaret vermişəm. Sərxoş vəziyyətdə olan Ağamiri öz oturduğumuz stola dəvət etdik. Birlikdə çaxır içməyə başladıq".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Ağamir bir boşqab meyvə sifariş verib və meyvənin pulunu özü ödəyib: "Ağamir meyvənin pulunu ödəyəndə onun cibindən topa formasında pul çıxardığını gördüm. Tamerlana Ağamirin pulunu ələ keçirmək istədiyimi bildirdim. Tamerlan da mənimlə razılaşdı. Təxminən saat 03:00-də Ağamir duraraq evə getmək istədiyini bildirdi. Mən də Ağamirə "özümüz səni yola salarıq" dedim".

"Ağamiri sürüyərək ağacların arasına apardıq"