Türkdilli ölkələrin vahid investisiya platforması yaradıla bilər


Digərləri 17 Okt 2017 16:47:00 261 0

Türkdilli ölkələrin vahid investisiya platforması yaradıla bilər

Türkdilli ölkələr maliyyə bazarlarına qarşılıqlı investisiyalar üçün vahid platforma yaratmalıdır

Bakı. Azad Həsənli - Türkdilli ölkələr maliyyə bazarlarına qarşılıqlı investisiyalar üçün vahid platforma yaratmalıdır. Trend-in məlumatına görə, bunu Bakıda “Azərbaycanın kapital bazarları. İmkanlar və perspektivlər” konfransında “InvestAZ” investisiya şirkətinin rəhbəri Elşən Quliyev deyib. Onun sözlərinə görə, oxşar layihə hazırda Azərbaycanla Türkiyə arasında reallaşdırılır: “Bu yaxınlarda Azərbaycanın və Türkiyənin milli depozitarları anlaşma memorandumu imzalayıb. Bu sənəd türkiyəli investorların Azərbaycanın kapital bazarına çıxışını nəzərdə tutur”.