Xuraman Şuşalı əsəbləşdi: "Çoxu başında problem olan insanlardır" FOTO


Kriminal 16 Okt 2017 21:15:00 935 0

Xuraman Şuşalı əsəbləşdi: "Çoxu başında problem olan insanlardır"  FOTO

Müğənni Xuraman Şuşalı ona sosial şəbəkədə tənqidi rəylər yazan izləyicilərdən danışıb. Son.az-a açıqlama verən müğənni onları paxıllıqda günahlandırıb.

"Göz önündə olan insanlar həmişə müzakirəyə səbəb olublar. İzləyici var ki, bilərəkdən məşhurlara qıcıq olur. Təbii ki, biz hamıya xoş ola bilmərik. Mümkünsüzdür ki, bir insan hamının xoşuna gəlsin. Əgər bir insan hamıya xoş gəlirsə düşünürəm ki, həmin adamın özündə də problem var. O yəqin ki, yaxşıya da, pisə də, doğruya da "hə" deyir. Tənqid yazanların çoxu da başında problem olan insanlardır. Kompüter arxasında şirə dönüblər, halbuki heç qarışqa da deyillər. Bəzən bəxtəvərlik oxuyub yazırlar ki, işi, ailəsi, övladları var. Allah bilir ki, mən bütün bunlara əziyyətimlə, zəhmətimlə nail olmuşam. Allah onlara da iş güc yetirsin, bəlkə paxıllıqları azalsın", - deyə müğənni bildirib.


Xəbərə aid fotolar