"Muğam və Mənəviyyat" adlı konsert keçiriləcək


Kriminal 16 Okt 2017 18:48:00 363 0

"Muğam və Mənəviyyat" adlı konsert keçiriləcək

Noyabrın 1-də Heydər Əliyev Sarayında "Muğam və Mənəviyyat" adlı konsert keçiriləcək.

Son.az xəbər verir ki, "Rast dəstgahı" muğamının səsləndiriləcəyi gecədə Xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova, Gülyanaq Məmmədova və Əməkdar artist Ehtiram Hüseynov iştirak edəcəklər.

Fəraməz Gərmrudinin təqdimatında keçiriləcək gecədə xanəndələri "Könül" ansamblı müşayiət edəcək.

Saat 19:00 -da başlayacaq konsertin biletlərinin qiyməti 10-50 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30