Bakıda təhgirə görə bıçaqlaşma: biri ölüb, digəri yaralanıb
Kriminal 16 Okt 2017 08:42:00 312 0
Yaralı şəxs polis nəzarəti altında xəstəxanaya yerləşdirilib
Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.
Son.az report.az-a istinadən bildirir ki, Mehmandarov, 20 ünvanında 31 yaşlı Həsənov Vüqar Əbdülhəmid oğlu onu təhqir edən şəxslə mübahisə edib.
Bu zaman tərəflər bir-birlərinə qarşılıqlı olaraq bıçaq zərbələri endiriblər. İki bıçaq xəsarəti alan V.Həsənov polis nəzarəti altında 3 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralı isə hadisə yerində dünyasını dəyişib.
Mənbə: milli.az