Azərbaycan filmi Seulda "Dünya Filmləri Həftəsi"ndə nümayiş olunacaq


Digərləri 13 Okt 2017 14:19:13 283 0

Azərbaycan filmi Seulda "Dünya Filmləri Həftəsi"ndə nümayiş olunacaq

Azərbaycan filmi Seulda keçiriləcək “Dünya Filmləri Həftəsi”ndə nümayiş etdiriləcək.

Bakı. Cari ilin 1-8 noyabr tarixlərində Seulda Koreya Film Arxivinin təşkilatçılığı və Koreya Mədəniyyət, İdman və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan, Almaniya, Avstriya, Rusiya, Fransa, Ukrayna, Özbəkistan da daxil olmaqla, 25 ölkənin iştirakı ilə “Dünya Filmləri Həftəsi” keçiriləcək. Azərbaycanın Koreyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan sözügedən festivalda SEBA Azərbaycan – Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası tərəfindən Koreya dilinə subtitrlə tərcümə etdirilmiş Asif Rüstəmovun “Axınla aşağı” filmi ilə təmsil olunacaq. Festival 2018-ci il PyonqÇanq Qış Olimpiya oyunları ilə əlaqədar keçiriləcək. Festivalın keçirilməsində məqsəd iştirakçı ölkələrin mədəniyyətlərinin Koreya ictimaiyyətinə tanıdılmasından ibarətdir. “Dünya Filmləri Həftəsi” ilk dəfə 2016-cı ildə keçirilib, festivalda 9 ölkə iştirak edib. Azərbaycan sözügedən festivalda ilk dəfə iştirak edəcək.