Polşanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Siyasət 13 Okt 2017 14:03:00 356 0
İki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, o cümlədən siyasi və iqtisadi sahələrdə perspektivlər müzakirə ediləcək
Polşanın xarici işlər naziri Vitold Vaşikovski oktyabrın 18-də Azərbaycana səfər edəcək.
"Report"un diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, birgünlük səfər çərçivəsində onun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü gözlənir.
Görüşlər zamanı iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, o cümlədən siyasi və iqtisadi sahələrdə perspektivlər müzakirə ediləcək.
Mənbə: report.az