Bakıda Mədəniyyət və Yaradıcılıq Forumu keçiriləcək


Digərləri 13 Okt 2017 14:09:08 223 0

Bakıda Mədəniyyət və Yaradıcılıq Forumu keçiriləcək

Tədbirin təşkilatçısı Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" təşəbbüsünün mədəniyyət və yaradıcılıq proqramıdır

Bakıda “İnnovasiya və İnkişaf üçün Mədəniyyət və Yaradıcılıq” mövzusunda Milli Mədəniyyət Forum keçiriləcək.

"Report" məlumatına görə, oktyabrın 25-26-da baş tutacaq tədbirin təşkilatçısı Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" təşəbbüsünün mədəniyyət və yaradıcılıq proqramıdır. 

İki hissədən ibarət olan forum çərçivəsində tələbələr üçün yaradıcı biznesin inkişafı üzrə fənlərarası seminar keçiriləcək və Azərbaycanda yaradıcı sənayelər üçün davamlı ekosistemi qurmaq, eləcə də Avropa İttifaqına üzv dövlətlərin uğurlu təcrübələrini bölüşmək üçün əsas fəaliyyətlər açıqlanacaq.

Bildirilib ki, əvvəlki Milli Mədəniyyət forumları kimi, bu tədbir də "Şərq Tərəfdaşlığı" təşəbbüsünün mədəniyyət və yaradıcılıq proqramının əsas nəticələrini təqdim etmək üçün platforma rolunu oyanayacaq.

Aİ-nin "Şərq Tərəfdaşlığı" təşəbbüsünün Mədəniyyət və Yaradıcılıq proqramı Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada mədəniyyət və yaradıcı sektorların humanitar, sosial və iqtisadi sahələrində davamlı inkişafa töhfələrini dəstəkləyir. Mədəniyyət sahəsində liderlik, mədəniyyət və statistika sahəsində araşdırmalar, auditoriyanın inkişafı, mədəniyyət jurnalistikası, təbliğat və vəsaitlərin toplanması kimi sahələri əhatə edən dörd illik proqram 2018-ci ildə başa çatacaq.