Dünyada Azərbaycan təhsilinin reytinqi yüksəlir


Digərləri 13 Okt 2017 14:08:29 344 0

Dünyada Azərbaycan təhsilinin reytinqi yüksəlir

Təhsil Nazirliyindən Son.az-a verilən məlumata görə, dünya təhsil bazarında və bir sıra nüfuzlu beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Bu baxımdan bir neçə gün öncə açıqlanan Dünya İqtisadi Forumun qiymətləndirməsi xüsusilə təqdirəlayiqdir. Belə ki, "Ali təhsil və təlim" indeksi üzrə ölkəmizin mövqeyi son 4 ildə 22 pillə yaxşılaşaraq 90-cı yerdən 68-ci yerə qədər yüksəlib.