Messi - "Manchester City" iddiaları güclənir


İdman 13 Okt 2017 14:08:00 343 0

Messi - "Manchester City" iddiaları güclənir

Katalon klubu ilə 18 aydır danışıq aparan və yeni müqavilə imzalamayan Messinin "Manchester City" ilə uzun müddətdir danışıqlar apardığı bilinirdi. 

Goal.az xəbər verir ki, "şəhərlilər" tərəfindən yayılan söhbətlərdən durumun daha ciddi olduğu hiss olunur. Neymarın gedişindən sonra Valverdenin planları ilə razılaşmayan Messiyə "City"nin 40 milyon funt sterlinq müqavilə üçün və həftəlik 500 min funt sterliq olmaqla 5 illik müqavilə təklif etdiyi deyilir.Referendumdan sonra Kataloniyada yaranan siyasi qarışıqlığın Messini karyerası barədə düşündüyü, Qvardiolanın da bu transferin reallaşması üçün əlindən gələni etdiyi yayılan xəbərlər arasındadır. "Manchester City"nin hücumçusu Serxio Aqueronun da son açıqlamasında "Messi ilə eyni komandada oynamağı çox istəyirəm, burda pul problem deyil" sözləri də diqqətdən qaçmayıb.