Ölkəmizdə əczaçılıq sahəsində inqilabi yenilik


Digərləri 13 Okt 2017 14:00:00 405 0

Ölkəmizdə əczaçılıq sahəsində inqilabi yenilik

Azərbaycanda tibb sahəsində Cənubi Qafqazda analoqu olmayan çox önəmli bir ilkə imza atılmışdır. Ölkəmizin dərman istehlakçıları indi evlərindən çıxmadan onlara lazım olan dərman vasitələri və tibbi ləvazimatları haradan əldə edəcəkləri ilə bağlı ətraflı məlumat ala biləcəklər. Qısa müddət ərzində böyük marağa səbəb olmuş dermantap.az saytı Azərbaycanda ilk dəfə olaraq bu sahədə yaradılmış elektron xidmət növü kimi həmvətənlərimizin istifadəsinə verilmişdir. Bu xidməti özlüyündə sosial yönümlü layihə kimidə təqdim etmək olar.

Proqram rəhbəri Nəzər İsmayılov, veb proqramçı Cahangir Abdullayev və veb dizayner Əli Məmmədlidən ibarət müəlliflər qrupu müasir durumu və tələbatı nəzərə alaraq, maraqlı, işlək bir struktur yaratmışlar. Sayt ölkə ərazisində olan dərman və dərman vasitələri satışını həyata keçirən aptekləri özündə cəmləşdirir. Sayta giriş həm stasionar kompüterlərdən, həm də telefon və planşetlər vasitəsilə mümkündür. Sayta ilk müraciət zamanı 3 xidmət növü təklif edilir.

Sizə ən yaxın apteklərin siyahısını əldə etmək imkanı;

Dərman axtarışını həyata keçirmək;

Hər hansı dərmanı tapmadığınız təqdirdə sifariş bölməsi vasitəsilə operatorla əlaqə


Xəbərə aid fotolar