Azərbaycanda yeni Assosiasiya yaradılır - Çayla bağlı


Digərləri 13 Okt 2017 13:30:00 267 0

Azərbaycanda yeni Assosiasiya yaradılır - Çayla bağlı

Azərbaycanda Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılacaq.

Bakı. Ənvər Məmmədov - Azərbaycanda Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov deyib. O qeyd edib ki, hazırda bu istiqamətdə iş aparılır: "Fond yaxın günlərdə yaradılacaq. Bundan başqa, biz xurma və tütün istehsalçıları və ixracatçıları assosiasiyalarının tam formalaşdırılması üzərində çalışırıq".