AMB-nin notlarına 24 investor maraq göstərib


İqtisadiyyat 04 Okt 2017 17:18:39 471 0

AMB-nin notlarına 24 investor maraq göstərib

Bu gün Bakı Fond Birjasında qurumun notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100461S dövlət qeydiyyat nömrəli, 250 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 17 investor ümumi məbləği 445 841 700 manat, qiyməti isə 99,2278 manat (10,01%) olan 24 sifariş təqdim edib.

AMB notlarınn kəsmə və orta ölçülmüş qiymətini elə bu qədər müəyyən edərək qiymətli kağızların hamısını yerləşdirib.

Notların ödəmə tarixi 1 noyabr 2017-ci ildir.