ADB: 2017-ci ildə Azərbaycanda inflyasiya 14% təşkil edəcək


İqtisadiyyat 04 Okt 2017 16:56:16 420 0

ADB: 2017-ci ildə Azərbaycanda inflyasiya 14% təşkil edəcək

Qurum gələn il bu göstəricinin 10% ola biləcəyini ehtimal edir

Bu ilin yekununda Azərbaycanda inflyasiya 14% təşkil edəcək. 

“Report” xəbər verir ki, bunu “Reuters” agentliyinə müsahibəsində Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nariman Manapbekov deyib. 

Onun sözlərinə görə, manatın məzənnəsi sabit qalarsa və tariflər artırılmazsa, gələn il qiymət artımı 10% olacaq. 

Qeyd edək ki, ADB bundan əvvəl 2017-ci ildə Azərbaycanda qiymətlərin 9% artacağını proqnozlaşdırırdı. 

N.Manapbekov həmçinin qeyd edib ki, inflyasiyanın səviyyəsi nəzərə alınaraq Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 15% səviyyəsində saxlayıb: "AMB ədalətli olaraq uçot dərəcəsini azaltmayıb".