Azərbaycanda “ASAN İmza” üzrə vahid tarif tətbiq edilib
İqtisadiyyat 04 Okt 2017 14:32:02 483 0
İndiyə qədər tariflər mobil rabitə operatorlarından və vergi ödəyicisinin növündən asılı olaraq dəyişib
Bu baradə “Report”a Vergilər Nazirliyindən məlumat verilib.
Məlumata görə, dövlət müəssisələrinin büdcədən maliyyələşdirilməsi proseduru və alışların əvvəlcədən planlaşdırılması nəzərə alınaraq dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndələri üçün “Asan İmza” elektron rəqəmsal imzanın əldə edilməsi və istismarı prosesini asanlaşdırmaq məqsədi ilə yeni tarif müəyyən olunub. Tarif “Asan İmza” dövlət və ya bələdiyyə sertifikatının istifadəsi müddətində (3 il ərzində) başqa əlavə xərclər (aylıq abunə haqqı, aparılmış hər əməliyyata görə ödəniş) olmadan 58 manat məbləğində birdəfəlik ödənişi nəzərdə tutur.
Xatırladaq ki, indiyə qədər tariflər mobil rabitə operatorlarından və vergi ödəyicisinin növündən asılı olaraq dəyişib.