Türkiyə Rusiyadan ət almağa razılıq verib


İqtisadiyyat 04 Okt 2017 14:48:30 431 0

Türkiyə Rusiyadan ət almağa razılıq verib

Lakin bunun üçün ət məhsulları Türkiyənin tələblərinə tam cavab verməlidir

Türkiyə öz bazarına Rusiya ət məhsullarının idxalına icazə verdiyi şərtləri açıqlayıb.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya baş nazirinin müavini Arkadiy Dvorkoviç "Qızıl payız" sərgi-forumunun kuluarlarında məlumat verib.

"Türkiyə bazarına, ilk növbədə, ət məhsulları ilə daxil olmağa çalışırıq. İrəliləyiş var, inspeksiya da aparılıb. Türkiyə tərəfi əlavə suallarını da verib. Biz də cavablandırırıq. Onlar aydın şəkildə bildirirlər ki, Rusiya onların zəruri tələblərini yerinə yetirərsə, idxala icazə verməyə hazırdırlar. Hazırda sübut edirik ki, məhsullarımız onların tələblərinə tam cavab verir", - deyə A.Dvorkoviç qeyd edib.