Oğlan efirdə sevgilisinə evlilik təklifi etdi VİDEO FOTO


Digərləri 03 Okt 2017 14:39:00 1282 0

Oğlan efirdə sevgilisinə evlilik təklifi etdi  VİDEO  FOTO

Britaniyada yayımlanan "X Factor" verilişində maraqlı anlar yaşanıb.

Son.az Britaniya mediasına istinadla bildirir ki, verilişə qatılan Sam Black hər kəsin diqqətini cəlb etməyi bacarıb. Belə ki, o, yayım zamanı sevgilisinə evlənmə təklifi edib. Tamaşaçılar onu ayaqüstə alqışlayıblar.

Lakin veriliş efirə gedəndən sonra izləyicilər bunun qurma olduğunu düşünüblər. Belə ki, Samın anidən səhnəyə dəvət olunan sevgilisinin boynunda mikrofon olması izləyicilərdə şübhə yaradıb. Sosial şəbəkələrdə müzakirə olunan video birmənalı qarşılanmayıb.

Son.az sözügedən videonu təqdim edir:


Xəbərə aid fotolar