“Sovetski”dən köçürülən ailələrə yeni mənzillərin açarları təqdim olunub


Digərləri 13 İyn 2016 13:24:00 449 0

“Sovetski”dən köçürülən ailələrə yeni mənzillərin açarları təqdim olunub

Bu gün Bakı şəhəri Nərimanov rayonu Korloğlu Rəhimov küçəsi, 9 ünvanında yerləşən 9 mərtəbəli binanın açılış mərasimi keçirilib.

Bu binadakı 1 otaqlı mənzillər “Sovetski”dən köçürülən sakinlərdən azsahəli evlərdə yaşamış ailələrə və qeyri-yaşayış mülkiyyətçilərinin istifadəsinə verilib.

Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini, köçürmə işləri üzrə komissiyanın sədri Səməd İslamov bildirib ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı əsasında 27 iyul 2015-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 98 a ünvanında “Sovetski”dən köçürülən sakinlərdən azsahəli mənzillərdə yaşayan ailələrə və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə sahəsi 45 kv.m olan 9 mərtəbəli, 2 bloklu və 2 otaqlı binada tamamilə rekonstruksiya olunmuş, hər bir kommunal şəraitlə təchiz edilmiş 104 mənzil istifadəyə verilib.

"Bu gün isə 111 mənzilin açarı sakinlərə paylanır. Mənzillərin bölüşdürülməsi iyunun 11-də Yasamal rayon İcra Hakimiyyətinin akt zalında tam şəffaf şəkildə sakinlərin iştirakı ilə püşkatma yolu ilə həyata keçirilib. Binada tam təmir olunmuş mənzillər yerləşir. Mənzillər istilik sistemi, rabitə xətləri ilə təchiz olunub. Şəhərin mərkəzində yerləşən həmin binanın həyətində sakinlərin istirahəti üçün şərait yaradılıb, park salınıb. Binanın sakinləri üçün xaricdən gətirilmiş, təzə və müasir tipli iki lift xidmət göstərəcək", - deyə o bildirib S.İslamov nəzərə çatdırıb ki, buradakı mənzillər sakinlərin “Sovetski” adlanan ərazisində mövcud yaşayış sahələrindən 2-3 dəfə böyükdür: “Binada 120 mənzil var, ancaq iyunun 11-də 111 mənzilin sahibi püşkatma yolu ilə müəyyənləşdirilib”. Sonda 111 mənzilin açarları sakinlərə paylanıb.